Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirmişlər ki, aprelin 13-də saat 19.00 radələrində Balakən rayonu ərazisində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.
Dövlət sərhədinin mühafizəsində olan sərhəd dəstəsi tərəfindən dövlət sərhədini qanunsuz keçən 3 nəfərdən ibarət qrup müəyyən edilmişdir.
Sərhəd pozucuları sərhəd dəstəsinin "dayan" əmrinə və havaya açılan xəbərdarlıq atəşinə məhəl qoymamış, sərhədçiləri soyuq silahla hədələyərək onların həyatları üçün real təhlükə yaratmışlar. Sərhəd dəstəsi mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq silah tətbiq etmiş, nəticədə sərhəd pozucularından biri yaralanmışdır. Relyefin mürəkkəbliyindən istifadə edən sərhəd pozucuları Gürcüstan ərazisinə qaçmağa nail olmuşlar.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən cinayət işi başlanmışdır.
AzərTAc

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında