Palermoda ATƏT PA-nın payız sessiyası

İtaliyanın Palermo şəhərində ATƏT Parlament Assambleyasının 9-cu payız sessiyası öz işini davam etdirir.
ATƏT-ə üzv olan 50 ölkədən 200-dən artıq deputatın qatıldığı sessiyanın işində Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Sessiyanın ilk günü - oktyabrın 8-də Siciliya Regional Assambleyasının rəhbəri Françesko Kassio, İtaliya Deputatlar Palatasının sədri Canfranko Fini, ATƏT Parlament Assambleyasının sədri Petros Eftimio, İtaliyanın xarici işlər naziri Franko Frattini, Siciliya muxtar regionunun prezidenti Raffaele Lombardo açılış nitqləri söyləmişlər.
ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimio ümidvar olduğunu bildirmişdir ki, Assambleyanın Aralıq dənizi hövzəsinə həsr olunmuş toplantıları gələcəkdə intensivləşəcəkdir. Çünki bu region mühüm geostrateji əhəmiyyət kəsb edir və iqtisadi, elmi və mədəniyyət tədbirləri sayəsində inkişaf üçün geniş imkanlar açır.
Sessiya zamanı Aralıq dənizi forumu keçirilmişdir. Forumda əsas müzakirə mövzuları Aralıq dənizi hövzəsində iqtisadiyyat və infrastruktur, eləcə də mədəniyyət və ekologiya sahələrində əməkdaşlıq məsələləri olmuşdur.
Oktyabrın 9-da sessiya çərçivəsində "Transmilli mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə" başlığı altında konfrans keçirilmişdir. Konfransda 2000-ci ildə BMT-nin dəstəyi ilə qəbul edilmiş "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı konvensiya"nın (Palermo Konvensiyası) qüvvəyə minməsindən ötən on il ərzində görülmüş işlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmiş, korrupsiya və insan alverinə qarşı mübarizəyə xüsusi diqqət ayrılmışdır.
Sessiyanın yekununda ATƏT PA-nın daimi komitəsinin iclası keçiriləcək, qarşıdakı dövr üçün fəaliyyət proqramı müzakirə olunacaqdır.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında