Azərbaycan telekommunikasiya peykinin hazırlanması istiqamətində işlər davam edir

Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması layihəsi üzrə işlərin həyata keçirilməsinə baxış məqsədilə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti ABŞ-da, "Orbital Sciences Corporation" şirkətinin Dalles şəhərində (Virciniya ştatı) yerləşən mənzil qərargahında təşkil olunmuş rəsmi toplantıda iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, Malayziyanın "MEASAT Satellite Systems" şirkətinin, "Orbital Sciences Corporation" və onun subpodratçılarının nümayəndələri iştirak ediblər.İclasda müqavilə imzalandığı tarixdən etibarən görülmüş tədbirlər, peykin istehsalı və orbitə çıxarılması ilə əlaqədar qarşıda duran məsələlər müzakirə edilib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İşgüzarlıq və əməkdaşlıq şəraitində keçirilmiş iclas əsnasında iştirakçılar yaxın zamanda peykin və yerüstü avadanlığın layihələndirilməsi ilə bağlı ilkin məlumatları müzakirə edib, qarşılıqlı fikir mübadiləsi aparıblar.
Həmçinin İltimas Məmmədovun və Yaşar Əliyevin "Orbital Sciences Corporation" şirkətinin rəhbəri Deyvid Tomsonla görüşündə Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması layihəsinin Azərbaycanla ABŞ arasında informasiya texnologiyaları sahəsində iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli töhfə verəcəyi bildirilib. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti peyk istehsalı, inteqrasiya və test prosesləri aparılan ərazi ilə tanış olub.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında