Vergi cinayətlərinə qarşı mübarizə tədbirləri davam etdirilir

Bu ilin 9 ayı ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 241 cinayət işi başlanmış və 73 iş üzrə ibtidai istintaq tamamlanmışdır.
İbtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 22 iş, qanunsuz sahibkarlığa görə 5 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 6 iş olmaqla, cəmi 35 nəfər barəsində 33 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 28 cinayət işinə xitam verilmişdir. Cinayət işləri və araşdırılan materiallar üzrə vurulmuş ziyandan 2,8 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 13 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilmiş, ibtidai istintaqdan yayınan 111 şəxsin məcburi qaydada gətirilməsi, 180 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 148 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilmişdir.
Vergi yoxlamalarından yayınan 245 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim olunmuşdur.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında