"Naxçıvan Aqrolizinq" ASC-nin Culfa-Ordubad bazasının inzibati binası, anbarları və texniki parkı istifadəyə verilmişdir

Culfa rayonunun Yaycı kəndində "Naxçıvan Aqrolizinq" ASC-nin Culfa-Ordubad bazasının yeni inzibati binası, anbarları və texniki parkı istifadəyə verilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə kollektivi, Culfa və Ordubad rayonlarının kənd təsərrüfatı işçilərini təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Ali Məclisin sədri demişdir ki, "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə və muxtar respublikamızda aqrolizinq xidməti yaradılmışdır. Bu gün cəmiyyətin 2006-cı ildən fəaliyyət göstərən Culfa-Ordubad bazasının lazımi texnika və avadanlıqla təmin olunmuş yeni xidmət sahəsi istifadəyə verilir. Baza fəaliyyətə başlayandan bəri Culfa və Ordubad rayonlarının torpaq mülkiyyətçilərinə lizinq yolu ilə 40-a yaxın texnika, güzəştli şərtlərlə 3 min tondan çox gübrə verilmişdir. Hazırda burada olan 20 texnika Culfa və Ordubad əkinçilərinə xidmət göstərəcəkdir. Ölkə başçısının qəbul etdiyi qərarlara, imzaladığı sərəncamlara uyğun olaraq torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə gübrə, yanacaq və motor yağlarına görə isə hər hektar üçün 40 manat verilir, aqrolizinq xidməti genişləndirilir. Belə tədbirlər ölkəmizdə kənd təsərrüfatı sahəsində irəliləyişlərə nail olunması, torpaqlardan səmərəli istifadə edilməsi üçün həyata keçirilir. Bunlar da öz bəhrəsini verməkdədir. Artıq Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada əksər kənd təsərrüfatı məhsullarına olan tələbat daxili imkanlar hesabına ödənilir. Həmin məhsulların bir çoxunun isə ixracına başlanmışdır. O ölkə müstəqil siyasət apara bilir ki, onun enerji və ərzaq təhlükəsizliyi təmin olunsun. Azərbaycan belə ölkələrdəndir. Ölkəmizdə kənd təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində bu sahədə çalışanların həyat səviyyəsi yüksəlir, maddi-rifah halları yaxşılaşır.
Sonra bazanın texniki parkına, anbarlara, inzibati binaya və təmir sexinə baxış olmuşdur.
Texniki parkda kombayn, traktor, kotan, kartofəkən, taxılsəpən, rotorlu otbiçən, gübrəsəpən, taxıltəmizləyən və digər maşın-mexanizm üçün 15 açıq qaraj yaradılmışdır. Həmin qarajların 7-si traktor və qoşqular, 8-i isə kombaynlar üçün nəzərdə tutulmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında