Ali Məhkəmənin növbəti Plenumu keçirilmişdir

Oktyabrın 8-də Ali Məhkəmədə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri iclası açaraq bildirmişdir ki, respublikamız Avropaya inteqrasiya yolunda inamla addımlayaraq beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilmiş, hüquqi dövlət quruculuğu sahəsində uğurlu nəticələr əldə etmişdir.
Bu gün Azərbaycan dünya dövlətləri tərəfindən hüquqi dövlət prinsiplərini ardıcıl olaraq həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi qəbul edilir.
Ali Məhkəmənin sədri hüquqi dövlət quruculuğu sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.
Plenumda "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" qərar layihəsi müzakirə edilmişdir. Müzakirələr zamanı qərar layihəsinin daha da təkmilləşdirilməsi üçün təhlillər aparılmış, təkliflər irəli sürülmüşdür.
Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyalarının yeni tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının tərkibi, Ali Məhkəmənin Bülleteninin yeni redaksiya heyətinin tərkibi və Ali Məhkəmənin 2010-cu ilin ikinci yarısı üçün iş planı təsdiq edilmişdir.
Plenum konkret cinayət və mülki işlərə də baxmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Plenumun işində Məhkəmə - Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov və Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında