Qubaya qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, oktyabrın 5-də gün ərzində, 5-dən 6-na keçən gecə və səhər ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etmiş , şimşək çaxmış, yağış yağmışdır. Bəzi yerlərdə leysan xarakterli intensiv olmuşdur.
Düşən yağıntının miqdarı Balakəndə 59 mm, İlisuda 60 mm, Qəbələdə 58 mm (aylıq normanın 45%-i), Şəkidə 47 mm (aylıq normanın 53%-i), Zaqatalada 47 mm (aylıq normanın 40%-i), İsmayıllıda 44 mm (aylıq normanın 45%-i), Xaçmazda 32 mm (aylıq normanın 35%-i), Quba rayonu ərazisində 17-43 mm, Balakən-Şəki bölgəsinin digər rayonlarında 10-19 mm , Daşkəsəndə, Gədəbəydə 31 mm ( aylıq normanın 57%-i), Tovuzda 35 mm, Şəmkirdə 27 mm (aylıq normanın 84%-i), Ağstafada 19 mm (aylıq normanın 59%-i), Qazax-Gəncə bölgəsinin digər rayonlarında 11 mm, Bərdədə 23 mm, Tərtərdə 20 mm ( aylıq normanın 51 %-i), Mingəçevirdə 32 mm (aylıq normanın 78%-i), Yevlaxda 30 mm (aylıq normanın 79%-i), Göyçayda 37 mm( aylıq normanın 68%-i), Mərkəzi Aranın digər rayonlarında 1-7 mm , Astarada 97 mm (aylıq normanın 35%-i), Yardımlıda 24 mm, Lənkəran-Astara bölgəsinin digər rayonlarında 4-7 mm, Sumqayıtda 34 mm ( aylıq normanın 126%-i), Bakıda 18mm (aylıq normanın 64%-i), Abşeron yarımadasının digər ərazilərində 6-13 mm olmuşdur.Quba rayonunun dağlıq ərazilərinə sulu qar, qar yağmış, Qırızda qar örtüyünün hündürlüyü 1-sm-ə çatmışdır.
Şimal-qərb küləyi saniyədə Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-23 metrədək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3,2 metrə çatmışdır.
Havanın temperaturu oktyabrın 5-də iqlim normasından 4 dərəcə aşağı enmiş, maksimal temperatur aran rayonlarında 15-20, dağlıq rayonlarda 10-13, Abşeron yarımadasında 15-17, Naxçıvan MR-də 20-24 dərəcə isti təşkil etmişdir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında