Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda deyilir ki, oktyabrın 1-nə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə DSMF-in fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7, 4 faiz artmışdır.
Belə ki, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 122 082 sığortaolunana fərdi şəxsi hesab açılmışdır və bunun nəticəsində Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artaraq 1 762 011 nəfərə yüksəlmişdir.
Məlumdur ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il, yanvar ayının 1-dən etibarən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi şəxsi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Fonddan daxil olan məlumatda həmçinin deyilir ki, Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir. Onların sayı 974 922 nəfərdir. Fərdi şəxsi hesabı olan sığortaolunanların 787 089 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40 ilə 50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 466 824 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 416 127 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar isə 392 574 nəfərdir. 50-60 yaşa kimi sığortaolunanların sayı 343 110 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 143 376 nəfərdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında