Avropa Şurasının iqamətgahında TÜRKSOY-un sərgisi açılmışdır

Oktyabrın 7-də Strasburqda Avropa Şurasının iqamətgahında Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı - TÜRKSOY tərəfindən təşkil edilmiş " TÜRKSOY rəsm sərgisi" adı altında sərgisinin rəsmi açılışı olmuşdur.
Sərgini açan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu 2010-cu ilin mədəniyyətlərarası dialoq ili olduğunu xatırlatmış, TÜRKSOY-un türk xalqlarını yaxınlaşdırmaq sahəsindəki fəaliyyətindən danışmışdır.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov təşkilatın yaranma tarixindən, vəzifəsindən, gördüyü işlərdən bəhs etmişlər.
AŞPA-nın payız sessiyasına dəvət olunmuş Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gül sərgidə nümayiş etdirilən Azərbaycan, qazax, qırğız, özbək, türkmən, tatar, türk, başqırd, habelə Ukranyada, Bolqarıstanda və digər ölkələrdə yaşayan türkdilli rəssamların əsərləri ilə tanış olmuşdur.
Sərginin açılışında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Qazaxıstandan gəlmiş deputatlar, Strasburq ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişlər.
TÜRKSOY-un baş katibi qurumun emblemini AŞPA-nın sədrinə, Almaniyada yaşayan həmyerlimiz Əşrəf Heybətovun " Mədəniyyətlərarası dialoq" tablosunu isə Avropa Şurasına hədiyyə etmişdir.
Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan musiqiçilərdən ibarət kvartet türkdilli xalqların musiqisindən parçalar səsləndirmişdir.
Sərgidə 40-dan artıq rəsm əsəri nümayiş etdirilir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında