Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun valideynlərinə mükafatlar təqdim olunmuşdur

"Dədə Qorqud" Milli Fondu və "Azərbaycan dünyası" Beynəlxalq jurnalı tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama xanıma Fondun "Mehriban Ana" ordeni təqdim olunmuşdur. Orden ilk dəfədir ki, təqdim edilir.
"Dədə Qorqud" Milli Fondunun Prezidenti Eldar İsmayılov Biləsuvar rayonunun Əliabad kəndində ordeni Şamama İbrahimovaya təqdim edərək, Mübariz kimi oğul tərbiyə etdiyinə görə ona minnətdarlıqlarını bildirmişdir. Eldar İsmayılov Milli Qəhrəmanın layiq görüldüyü "Vətən övladı" ordenini isə Mübarizin atası Ağakərim kişiyə təqdim etmişdir.
Valideynlər təltiflərə görə minnətdarlıqlarını bildirmişlər.
Təqdimat mərasimində Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək, Milli Qəhrəmanın hünər yolundan söhbət açmış, təltiflərə görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.
Mərasim iştirakçıları Milli Qəhrəmanın təhsil aldığı kənd məktəbində də olmuş, ona dərs demiş müəllimlərlə söhbət etmiş, qəhrəmana həsr olunmuş guşəyə baxmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında