Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər bütün istiqamətlər üzrə fəal inkişaf edir

Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) mətbuat xidmətindən verilmiş məlumata görə, Qazaxıstan Respublikasının Baş naziri Kərim Məsimov oktyabrın 6-da Astanada CEİBC-nin prezidenti və baş icraçı direktoru Telman Əliyev başda olmaqla, bu klubun üzvü olan şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə CEİBC üzvü olan şirkətlərə Qazaxıstanın inkişaf perspektivləri və iqtisadi əməkdaşlıq imkanları barədə məlumat verilmişdir.
Kərim Məsimov CEİBC nümayəndə heyətini səmimi salamlayaraq qeyd etmişdir ki, Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə fəal inkişaf edir. Qazaxıstan hökumətinin rəhbəri CEİBC-nin keçirdiyi tədbirləri dəstəklədiyini və bu klubun himayəsi ilə təşkil edilməsi planlaşdırılan forumlarda iştirak etməkdə maraqlı olmasını bildirmişdir.
T.Əliyev CEİBC-də təmsil olunmuş şirkətlərin fəaliyyəti barədə qısa məlumat vermişdir. Həmin şirkətlərin nümayəndələrinə görüşdə müştərək layihələrin həyata keçirilməsi perspektivləri barədə danışmağa imkan yaradılmışdır.
Kərim Məsimov ARDNŞ-nin Qazaxıstanda fəal iş aparmasını xüsusi vurğulamışdır. Görüşün yekunlarına əsasən Qazaxıstan Respublikasının Baş naziri öz ölkəsinin müvafiq nazirlik və idarələrinə CEİBC-də təmsil olunmuş şirkətlərlə müştərək layihələrin həyata keçirilməsi imkanlarını öyrənmək barədə tapşırıqlar vermişdir.
T.Əliyev görüşdə dünyanın 50 ölkəsinin Xəzər-Qara dəniz regionu dövlətlərinin ərazisində fəaliyyət göstərən 500-dən çox şirkətini və təşkilatını öz sıralarında birləşdirən CEİBC-nin yaradılması tarixi barədə də söhbət açmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında