Strateji Araşdırmalar Mərkəzində "Türkiyə-Azərbaycan münasibətləri: gözləntilər və nəticələr" mövzusunda "dəyirmi masa" keçirilmişdir

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Türkiyə-Azərbaycan münasibətləri: gözləntilər və nəticələr" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə məruzəçilər qismində Ankara Universitetinin Avropa Xalqları Araşdırma Mərkəzinin direktoru Çağrı Erhan, Kadir Has Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı Mitat Çelikpala və Türkiyə Palatalar və Birjalar Birliyi Universitetinin beynəlxalq münasibətlər fakültəsinin müəllimi Sinəm Açıkmeşə çıxış etmişlər.
"Dəyirmi masa"da Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.
Ç.Erhan demişdir ki, Azərbaycan-Türkiyə münasibətləri "bir millət, iki dövlət" prinsipinə uyğun olaraq uğurla inkişaf edir. Bildirilmişdir ki, dost, qardaş ölkələrimiz arasında bütün sahələrdə sürətlə inkişaf edən əməkdaşlıq əlaqələri qurulmuşdur.
Digər çıxış edənlər də Azərbaycan və Türkiyə arasında münasibətləri yüksək qiymətləndirmişlər. Qeyd edilmişdir ki, "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması bir daha hər iki ölkənin münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını nümayiş etdirmişdir. Natiqlər, həmçinin xaricdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğalamışlar.
Azərbaycan və Türkiyənin tanınmış siyasi ekspertlərinin iştirak etdiyi "dəyirmi masa"da Cənubi Qafqazda geosiyasi proseslər, Türkiyə-Rusiya münasibətləri, rəsmi Ankaranın Avropa İttifaqına üzvlük məsələsinə dair fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında