Azərbaycan konsulu Kaliforniya Dövlət Universitetində mühazirə oxumuşdur

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumatda bildirilir ki, Lonq Biç şəhərindəki Kaliforniya Dövlət Universitetində Azərbaycana həsr olunmuş seminar keçirilmişdir. Seminarda mühazirə ilə çıxış edən ölkəmizin Los-Ancelesdəki baş konsulu Elin Süleymanov professor və tələbə heyətinə Azərbaycanın xarici siyasət prioritetləri, Cənubi Qafqaz bölgəsinin ümumi tarixi barədə ətraflı məlumat vermişdir.
Seminarda Azərbaycan cəmiyyətində əsrlərdən bəri bərqərar olan tolerantlıq ənənələri, Azərbaycanın müasir xarici siyasətində praqmatizmin hökm sürdüyü diqqətə çatdırılmışdır. Baş konsul ölkəmizin Avrasiya bölgəsindəki strateji coğrafi mövqeyinin əhəmiyyətinə toxunaraq bildirmişdir ki, müxtəlif sivilizasiyalar və siyasi sistemlərin qovuşduğu nöqtədə yerləşməsi dövlətimizə mədəniyyətlərarası dialoq və qlobal inteqrasiya proseslərində müsbət rol oynamağa imkan yaratmışdır. Bu gün Azərbaycan hakimiyyətinin bölgədə baş verənlərə dair mövqeyi regional inteqrasiya və qaşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasına əsaslanan uzunmüddətli yanaşmadan irəli gəlir.
E.Süleymanov Azərbaycanın başlıca problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda danışarkən, rəsmi Yerevanın qeyri-konstruktiv və məsuliyyətsiz siyasətinin bütün bölgəyə mənfi təsir göstərdiyini, Ermənistanın özünü inkişafdan tamamilə məhrum etdiyini bildirmişdir.
Məruzədən sonra universitetin professor və tələbə heyətinin çoxsaylı sualları cavablandırılmışdır.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Los-Anceles

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında