Mərkəzi Seçki Komissiyası polis əməkdaşları üçün yaddaş kitabçası nəşr etdirmişdir

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, komissiya bu dəfə "Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası" hazırlayaraq çap etdirmişdir.
Yaddaş kitabçasının mətni Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmışdır. Kitabça 2010-cu il noyabrın 7-nə təyin edilmiş dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuşdur. Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, "Polis haqqında" Qanun, Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
Xatırladaq ki, bundan əvvəl Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədlər üçün də yaddaş kitabçası çap etdirmişdir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında