Azərbaycanlı deputat AŞPA-da məruzəçi təyin edilmişdir

Avropa Şurası Parlament Assambleyasının hər bir üzvü üçün bu qurumun qaldırdığı hər hansı məsələ ilə əlaqədar məruzəçi təyin edilmək başlıca nailiyyət sayıla bilər.
Bu, eyni zamanda, Avropa Şurası ilə deputatın təmsil olunduğu ölkənin müsbət əməkdaşlığının, həmin nümayəndə heyətinin bu təşkilatda nüfuzunun göstəricisidir.
Azərbaycan nümayəndə heyəti ilə Avropa Şurasının bu sahədəki əməkdaşlığı da diqqətəlayiqdir. Deputatlarımız indiyədək bir çox məsələlər üzrə uğurlu məruzələr hazırlamışlar. AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov indiyədək qurumun hüquqi məsələlər və insan hüquqları, mədəniyyət, elm, təhsil, habelə ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional məsələlər komitələri üzrə 5 məruzə hazırlamışdır.
Bu sessiyada deputatımıza daha bir mühüm ümumavropa problemi üzrə məruzə hazırlamaq həvalə edilmişdir. "Avropa ali təhsil meyarlarının bütün dünya ölkələrinə tətbiqi" adlanan həmin məruzə AŞPA-nın mədəniyyət, elm, təhsil üzrə komitəsinin xətti ilə təqdim ediləcəkdir.
R.Hüseynov bundan əvvəl də təhsillə bağlı 2 məruzə hazırlamışdır. Onun "Avropada qaçqın və məcburi köçkünlərin təhsil problemləri" və "Avropada peşəkar jurnalistika təhsili və Avropa jurnalistika universiteti" mövzusunda məruzələri Parlament Assambleyasında böyük maraq doğurmuşdur.
Məruzənin hazırlığı prosesində deputat Rafael Hüseynovun dünyanın bir sıra aparıcı universitetlərində tədqiqat və müşahidələr aparması nəzərdə tutulur.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında