Azərbaycan və Qazaxıstan fövqəladə hallar nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır

Oktyabrın 5-6-da Astanada keçirilən "Kazenerji-2010" V Avrasiya enerji forumu çərçivəsində "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş" imzalanmışdır. Sazişi iki ölkənin fövqəladə hallar nazirləri Vladimir Bojko və Kəmaləddin Heydərov imzalamışlar.
İmzalanma mərasimindən sonra bildirilmişdir ki, Meksika körfəzində baş vermiş qəza su hövzələrində iş görən ölkələri ehtiyatlı olmağa məcbur etmişdir. Bu baxımdan, Azərbaycan və Qazaxıstan arasında imzalanmış saziş Xəzər dənizindəki yataqların mənimsənilməsi zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyi aktuallaşdırır.
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirmişdir ki, sazişin imzalanmasından sonra növbəti addım bununla bağlı fəaliyyət proqramının hazırlanmasıdır. Ola bilər ki, bununla bağlı fond da yaradılsın.
Səfər çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstanın Baş naziri Kərim Məsimovla görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan K.Heydərov Xəzər dənizi hövzəsi və sahilyanı ərazilərdə neft çirklənmələri və digər qəzalarla əlaqədar əməkdaşlığın gücləndirilməsi barədə danışmışdır.
Daha sonra Qazaxıstanın Fövqəladə Hallar Nazirliyində geniş tərkibdə görüş olmuşdur.
Səfər müddətində nümayəndə heyəti Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin bəzi qurumlarının fəaliyyəti ilə də yaxından tanış olmuşdur.
Azərbaycan Respublikasının nümayəndə heyəti "Avrasiya enerji xəritəsi: risklərin və yeni imkanların balansı" forumunun işində də iştirak etmişdir.
Nümayəndə heyəti forum çərçivəsində Kazenerji Assosiasiyasının sədri Timur Kulibayevlə, habelə Astana şəhərinin meri İmanqəli Tasmaqanbetovla da görüşmüşdür.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında