Avropa Şurası hərbi münaqişələr və ətraf mühit problemini araşdırır

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) hazırlanmaqda olan bir sıra məruzələr ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir.
Belə məruzələrdən biri hazırda AŞPA-nın ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional məsələlər komitəsinin gündəliyindədir. "Hərbi münaqişələr və ətraf mühit" adlanan həmin məruzəni hazırlamaq hələ ötən sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynova həvalə edilmişdir.
Assambleyanın bu seçimi təsadüfi deyil. Məsələ burasındadır ki, həmin komitənin fəal üzvlərindən olan R.Hüseynov indiyədək müxtəlif ekoloji məsələlərlə əlaqədar 8 tövsiyə üçün qətnamə hazırlamışdır. Bu sənədlərin əksəriyyətində Ermənistanın Azərbycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin digər dərin fəsadları ilə yanaşı, meşələrimizə, çay və göllərimizə vurduğu ziyandan, qəsbkar dövlətin ərazilərimizdə yanğınlar törətməsindən, torpaqlarımızı zəhərləməsindən təfərrüatları ilə bəhs edilir.
Hazırda üzərində iş gedən "Hərbi münaqişələr və ətraf mühit" adlı məruzə isə problemi Avropa məkanında araşdırmaq məqsədi daşıyır. Adətən ciddi tədqiqatlar tələb edən belə məruzələrin hazırlanmasına bir il, il yarım vaxt ayrılır.
AŞPA-nın payız sessiyası çərçivəsində həmin məruzə ilə bağlı ilk təqdimat keçirilmişdir. Məruzə müəllifi Rafael Hüseynov bununla əlaqədar demişdir: "Parlament Assambleyasında bizim tutduğumuz əsas istiqamətlərdən biri budur ki, daha çox ümumavropa məsələri ilə əlaqədar məruzələr hazırlamağa nail olaq. Eyni zamanda, elə mövzular seçək ki, həmin çərçivədə Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan məsələlərdən də bəhs etmək imkanı qazanaq. Təcrübə göstərir ki, bunun səmərəsi bilavasitə ölkəmizə aid məruzədən daha çox olur.
Birincisi, Avropa kontekstində Azərbaycanın da problemindən söz açarkən müqayisədə həqiqət daha aydın görünür. İkincisi, avropalılara yalnız öz problemlərimizi deyil, bütövlükdə qitə üçün əhəmiyyətli olan istiqamətdə çalışdığımızı nümayiş etdiririk. Bu halda Azərbaycanla əlaqədar mətnə daxil edilən bir abzas bəzən ayrıca bir məruzədən daha təsirli alınır. İndiki halda da biz bütövlükdə Avropada mövcud olan hərbi münaqişələrin ekologiyaya hansı dağıdıcı, bəzən isə sağalmaz zərbələr vurmasından yazırıq və yeri gəldikcə bunun ən bariz nümunəsi kimi Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi nəticəsində ətraf mühitin uğradığı acınacaqlı vəziyyəti nümayiş etdirən faktları ortaya qoyuruq".
Məruzənin hazırlığı gedişində AŞPA tərəfindən problem üzrə tanınmış avropalı mütəxəssislərin də ekspert qismində işə cəlb edilməsi nəzərdə tutulur. Məruzəçi R.Hüseynov mövzu ilə əlaqədar AŞPA-nın müvafiq komitəsinin xətti ilə növbəti ildə Azərbacanda ayrıca kollokviumun da keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında