Şloma Amar: "Azərbaycan o ölkələrdəndir ki, burada yəhudilər milli mənsubiyyətləri ilə fəxr edirlər"

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan İsrailin baş ravvini Şloma Amar, Rusiya Federasiyasının baş ravvini Berl Lazar və onları müşayiət edən şəxslərlə görüşmüşdür.
Dövlət Komitəsinin sədri demişdir ki, ölkəmizdə milli azlıqların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı məsələlərinin dövlət siyasəti olaraq həyata keçirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Prezident İlham Əliyev də bu sahəyə xüsusi diqqət yetirir. Azərbaycan xalqı tarixən və təbiətən tolerant xalqdır. Bunu respublikamızda, eləcə də xaricdə yaşayan yəhudilər dəfələrlə etiraf etmişlər. Azərbaycan yeganə ölkədir ki, burada antisemitizm, milli, dini ayrı-seçkilik olmamışdır və yoxdur. Azərbaycan həm də burada yaşayan onlarla digər xalqların, o cümlədən yəhudilərin Vətənidir.
Ölkəmizdə elə bir sahə yoxdur ki, yəhudilər orada faydalı fəaliyyətlə məşğul olmasınlar. Azərbaycanın müstəqilliyinin bərpasında, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yəhudi vətəndaşlarımız düşmənlə mübarizədə qəhrəmanlıqlar nümayiş etdirmişlər. Yəhudi əsilli azərbaycanlı Albert Aqoronov Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır.
İsrailin baş ravvini Şloma Amar demişdir ki, Bakı onu hava limanından başlayaraq heyran etməkdə davam edir. Şəhər qurub-yaradan insanlar məskənidir. Azərbaycanın qonaq qarşılamaq adət-ənənəsinə heyranıq. Azərbaycan o ölkələrdəndir ki, burada yəhudilər milli mənsubiyyətləri ilə fəxr edirlər. Çünki müasir dövrümüzdə də yəhudilərə qarşı sərt mövqe tutan ölkələr və millətlər vardır. Azərbaycanın təcrübəsi isə başqa ölkələrə örnək ola bilər. Biz bunu dövlət siyasəti, həmçinin millətinizin mənəvi zənginliyi kimi yüksək dəyərləndiririk. Uca Yaradana ölkənizə yeni-yeni uğurlar bəxş etməsi, heç bir düşmən qüvvənin Azərbaycana mane ola bilməməsi üçün dua edirəm.
Rusiyanın baş ravvini Berl Lazar və başqaları bildirmişlər ki, əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad edən Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənilmiş, müxtəlif yəhudi dini icmaları heç vaxt burada antisemitizm hiss etməmişlər.
Quba rayonundakı Qırmızı qəsəbənin keçmişi və bu günü nümunəsində xalqların dinc yanaşı yaşamaq ənənəsinə və Azərbaycan-İsrail münasibətlərindəki mənəvi dəyərlərin genişləndirilməsi perspektivlərinə inamla baxdığını söyləyən Hidayət Orucov həm Yaxın Şərq, həm də Qafqazda tezliklə əmin-amanlığın bərqərar olması barədə arzularını ifadə etmişdir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında