"Mayak Azerbaydjana-Azərbaycanın yolgöstərəni" kitabı nəşr etdirilmişdir

Bakı Slavyan Universiteti "Azərbaycançılıq" seriyasından Əlimərdan bəy Topçubaşovun "Mayak Azerbaydjana" kitabını rus və Azərbaycan dillərində nəşr etdirmişdir.
Yeni nəşrin tərtibçisi və tərcüməçisi, filologiya elmləri doktoru, professor Vilayət Quliyev kitaba yazdığı "Ön söz"də onun əhəmiyyətindən ətraflı söz açmışdır.
Kitabın elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Kamal Abdulla V.Quliyevin bu tədqiqatının BSU-nun nəşrlər silsiləsində yeni istiqamət olan "Azərbaycançılıq" seriyasında işıq üzü görməsini əlamətdar hal kimi dəyərləndirmişdir. Ona görə ki, kitabın qəhrəmanları - həm müəllif, həm də tədqiqat obyekti Azərbaycanın böyük azərbaycançıları olmuşlar. Azərbaycan üçün yaşamış, Azərbaycan üçün yaratmışlar.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli publisist və ictimai xadim Əlimərdan bəy Topçubaşovun 1925-ci ildə Parisdə rusca yazdığı və indiyədək əlyazması halında qalan bu əsərində H.Zərdabinin geniş və çoxcəhətli fəaliyyəti araşdırılmışdır.
Bir çox maraqlı məqamları ilə seçilən, tarixçilər, filoloqlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitabda müəllif təkcə Həsən bəy Zərdabinin deyil, eyni zamanda, onun həyat yoldaşı Hənifə xanımın da Azərbaycan maarifi qarşısındakı çeşidli fəaliyyətləri haqqında ətraflı məlumat vermişdir.
Bakı Slavyan Universitetinin dəstəyi ilə işıq üzü görən bu nəşr, eyni zamanda, Azərbaycan milli mətbuatının 135 illiyinə layiqli töhfədir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında