FLEX proqramının məzunu beynəlxalq foto müsabiqəsinin qalibi oldu

2007-2008-ci illərdə ABŞ-ın Merilend ştatının Laurel şəhərinin orta məktəbində təhsil alan Nicat Əhmədov ABŞ Dövlət Departamentinin sponsorluğu ilə FLEX təhsil mübadilə proqramı məzunlarının yaşadığı icmalarına yardım və dəstək göstərmələri mövzusunda keçirilən "FLEX-in simaları" foto müsabiqəsində birinci yeri tutmuşdur.
FLEX proqramının məzunu Nicat "Parlaq gələcəyə birlikdə" adlı qalib elan olunan fotosunda Bakı şəhərinin Əhmədli qəsəbəsindəki SOS Uşaq Kəndində sosial xidmət layihəsini həyata keçirən FLEX proqramının məzunu Sərkər Almasovun, həmin uşaq evinin sakini olan oğlan uşağına yardım etməsini əks etdirmişdi. FLEX-in məzunu uşaq evində özu tərəfindən yaradılmış "Kimsəsiz uşaqları öyrədin" layihəsini - ingilis dili və Amerikanın mədəniyyətinə aid olan kurslarını həyata keçirir.
Azərbaycanın müxtəlif rayonlarında yaşayan 750 nəfərdən çox məzunu birləşdirən FLEX bir illik mübadilə proqramıdır. Bu proqram çərçivəsində azərbaycanlı şagirdlər amerikalıların ailələrində yaşayaraq Amerikanın orta məktəblərində təhsil alırlar. Bu proqram ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir, Amerikanın Beynəlxalq Təhsil Şurası ( htttp://americancouncils.az/default.html) vasitəsi ilə həyata keçirilir. Proqram Amerikanın icmalarla iş üzrə təcrübə və məsuliyyətlərini əks etdirir. Bu layihələr və müsabiqələr Amerika Şurası və FLEX məzunları tərəfindən gənc insanların öz icmalarına töhfələrini vermək məqsədilə təşkil olunub.
FLEX programını həyata keçirən Avrasiya və Mərkəzi Asiya ölkələri arasında Nicatın çəkdiyi şəkil ən yaxşısıdır.Tacikistan, Ukrayna, Ermənistan, Rusiya və Qırğızıstandan olan məzunlar da mükafatlar qazanıblar.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson dedi: - Nicatın uğuru FLEX məzunlarının Azərbaycandakı fəaliyyətlərinin yüksək səviyyədə qiymətləndirilməsidir. Amerika və Azərbaycan xalqı arasında qarşılıqlı anlaşma və münasibət qurmaq üçün FLEX-dən yaxşı mübadilə proqramı yoxdur. Hər il 40-45 azərbaycanlı uşaq Birləşmiş Ştatların kiçik və böyük şəhərlərinə gedir. Onların əldə etdiyi təcrübələr həm özlərinə, həm də icmalara həddindən artıq müsbət təsir göstərir. Minlərlə amerikalı Azərbaycanı ona görə tanıyır ki, onlar azərbycanlı ilə tanış olublar və onları çox sevirlər. Buradakı FLEX məzunları yaxşı bilirlər ki, onları Birləşmiş Ştatlarda dəstəkləyən ömürlük dostları və Amerika ailələri var...

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında