Belqradın mərkəzi parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaqdır

Serbiyanın paytaxtı Belqradın mərkəzi parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaqdır.
Azərbaycanın Serbiyadakı səfirliyindən bildirmişlər ki, bununla əlaqədar qərar Belqrad Meriyası və şəhər Şurasının sentyabrın 22-də keçirilmiş geniş iclasında qəbul olunmuşdur. Qərara əsasən paytaxtın "Taşmaydan" parkının ərazisində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ucaldılacaqdır.
Belqrad şəhərinin tam mərkəzində yerləşən və ən füsunkar guşələrdən sayılan "Taşmaydan" parkı 8 hektar ərazini əhatə edir. Bura yerli əhalinin və şəhərin qonaqlarının ən sevimli istirahət yeridir.
Azərbaycan hökuməti tərəfindən abadlaşdırılacaq və hər iki ölkənin memarlıq üslubunu və ənənələrini əks etdirəcək "Taşmaydan" parkı Azərbaycan və serb xalqları arasında əbədi dostluq rəmzi olacaqdır.
Serbiyanın Voyevodina muxtar diyarının inzibati mərkəzi, bu ölkənin mədəniyyət beşiyi sayılan Novi Sad şəhərinin ən gözəl istirahət məkanı - "Dunay park"da isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstü qoyulacaqdır. Belqraddan sonra ikinci böyük şəhər olan Novi Sadda dahi bəstəkarımızın büstünün qoyulması barədə qərar Azərbaycan dövlətinin tövsiyəsi ilə qəbul olunmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin və sevimli bəstəkarımız Üzeyir Hacıbəylinin büstünün ucaldılması barədə qərarlar Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar tərəfindən ruh yüksəkliyi və qürur hissi ilə qaşılanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında