Frankfurt Beynəlxalq Kitab Yarmarkasında "Azərbaycan - canlı alov" kitabının təqdimatı keçiriləcəkdir

Bu il oktyabrın 7-də Almaniyanın Frankfurt şəhərində hər il təşkil olunan Beynəlxalq Kitab Yarmarkasında tanınmış rumın yazıçısı və dramaturqu, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbyanın "Azərbaycan - canlı alov" ("Azerbaijan - The Living Flame") kitabının təqdimat mərasimi keçiriləcəkdir. Heydər Əliyev Fondunun dəstəyi ilə üç dildə (alman, ingilis və rumın) çap olunmuş kitab Rumıniya Mədəniyyət Nazirliyinin stendində nümayiş etdiriləcəkdir.
Kitabda müəllifin Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratlarla yanaşı, Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti, o cümlədən, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, eləcə də Xocalı soyqırımı haqqında ətraflı məlumatlar öz əksini tapmışdır.
Kitabın sonunda H.Qırbyanın Şuşa, Xocalı soyqırımı və Quba məzarlığı haqqında şeirləri də verilmişdir.
Eyni zamanda, oktyabrın 15-də kitabın təqdimat mərasimi ilə bağlı Rumıniyanın "TVR Cultural" televiziya kanalında Buxarest Yazıçılar Assosiasiyasının sədri H.Qırbyanın iştirakı ilə veriliş efirə gedəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında