705 saylı hərbi hissənin ildönümü Culfa hərbi şəhərciyində yeni Təlim-Tədris Mərkəzinin və uşaq bağçasının istifadəyə verilməsi ilə qeyd edilmişdir

705 saylı hərbi hissənin ildönümü oktyabrın 4-də Culfa hərbi şəhərciyində yeni Təlim-Tədris Mərkəzinin və uşaq bağçasının istifadəyə verilməsi ilə qeyd edilmişdir.
Naxçıvan Qarnizonunun rəisi Kərəm Mustafayev çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov 705 saylı hərbi hissənin yaradılmasının ildönümü və hərbi hissə üçün yeni obyektlərin istifadəyə verilməsi münasibətilə əsgər və zabitləri, onların timsalında Naxçıvanda yerləşən ordu hissələrinin şəxsi heyətlərini təbrik etmişdir. Natiq demişdir: Bu gün Culfada nümunəvi hərbi şəhərciyin yaradılması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu xəttinin ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin əyani ifadəsidir. Hər bir dövlətin qüdrəti onun ordusunun qüdrəti ilə ölçülür. Müstəqilliyi əldən verilmiş, iqtisadiyyatı zəifləmiş ölkələrin güclü ordusu ola bilməz. Ordu quruculuğu üçün vacib şərtlərdən birincisi dövlətin müstəqilliyi amilidirsə, ikincisi möhkəm iqtisadi potensialın yaradılmasıdır. Bu gün Azərbaycan ona görə güclü orduya malikdir ki, onun sarsılmaz müstəqilliyi, güclü iqtisadiyyatı var. Bütün bunlara görə xalqımız ulu öndər Heydər Əliyevə borcludur. Bir anlığa milli ordumuzun kadr potensialının formalaşdığı 1970-1980-ci illərə nəzər salaq. Bu, o dövr idi ki, sovetlər birliyinin mərkəzi hakimiyyəti ordu quruculuğunda siyasi-ideoloji prinsipləri əsas götürür, milli respublikalarda, xüsusilə də Azərbaycanda milli hərbi kadrların yetişdirilməsinə imkan vermirdi. Həmin dövrdə hər il Azərbaycandan ordu sıralarına çağırılan 60 min gəncin tam əksəriyyəti hərbi təlimlər nəzərdə tutulmayan batalyonlarda xidmət keçirdilər. Hərbi hissələrdə azərbaycanlı zabitlər, demək olar, yox dərəcəsində idi. Ümummilli liderimiz deyirdi: "Bunları görəndə düşünürdüm: əgər biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıqsa, böyük səlahiyyətlərimiz varsa, biz nə üçün ordudan təcrid olunmuşuq?". Bundan sonra milli liderimiz Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması və azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsil almaları barədə müdrik qərarlar qəbul etdi. Sovet imperiyasının sərt rejimi şəraitində bu müdrik qərarların qəbul olunması böyük iradə və hünər tələb edirdi. 705 saylı hərbi hissə motoatıcı briqadadan motoatıcı diviziyaya, sonra isə ordu korpusunadək şərəfli yol keçərək, torpaqlarımızın keşiyində dayanmışdır. Burada yüksək hərbi vərdişlərə və vətənpərvərliyə malik əsgər və zabit heyəti yetişmişdir. Hərbi hissənin yeni standartlar əsasında formalaşmasında qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələrinin və onun Naxçıvan Muxtar Respublikasındakı nümayəndələrinin də əməyi olmuşdur. Onların hamısına, eləcə də qardaş Türkiyə dövlətinə və Türkiyə Respublikası Silahlı Qüvvələrinə hörmət və ehtiramımızı bildiririk.
Ali Məclisin sədri şəxsi heyətə uğurlar arzulamışdır.
Hərbi qulluqda fərqlənmiş zabit, gizir, çavuş və əsgərlər Ali Məclis sədrinin hədiyyələri ilə mükafatlandırılmışlar.
Açılışı bildirən lent kəsildikdən sonra ikimərtəbəli Təlim-Tədris Mərkəzinə baxış olmuşdur.
Binada Heydər Əliyev Muzeyi fəaliyyət göstərəcəkdir. Muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu, ordu quruculuğu istiqamətindəki fəaliyyətini özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzaladığı protokol və müqavilələrdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.
Sonra Ali Məclisin sədri hərbi şəhərcikdəki uşaq bağçasının açılışında iştirak etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında