Trend informasiya agentliyinin 15 yaşı tamam olmuşdur

Oktyabrın 4-də Bakı Əyləncə Mərkəzində Trend informasiya agentliyinin fəaliyyətə başlamasının 15 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə agentliyin 15 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış etmişdir. Ə.Həsənov Trend agentliyinin kollektivini 15 illik yubileyi münasibətilə təbrik etmiş, Azərbaycan mətbuatının inkişaf tarixindən, agentliyin əldə etdiyi uğurlardan, jurnalistlərin fədakar əməyindən danışmışdır. O demişdir ki, istənilən cəmiyyətdə informasiyanın rolu böyükdür. Bu işdə mətbuat xüsusi rol oynayır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, jurnalistika təkcə peşə deyildir, jurnalistika xüsusi bir fədarkarlıq tələb edən fəaliyyət növüdür. Trend agentliyinin əməkdaşları da fədakarlıq göstərmiş, cəmiyyətin informasiya ilə təminatında mühüm rol oynamışlar. Agentlik ötən dövr ərzində ölkə ictimaiyyətinin informasiya təminatında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də dünya xəbərlərinin Azərbaycan ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır. Trend İA beynəlxalq əlaqələr də qura bilmişdir və bu gün dünyanın bir neçə agentliyi ilə uğurla əməkdaşlıq edir.
Sonra Əli Həsənov agentliyin bir qrup əməkdaşına xatirə hədiyyələrini təqdim etmişdir.
Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında