Dövlət Sosial Müdafiə Fondunun saytının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilmişdir

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə müəyyən edilmiş tədbirlərin icrası nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətinin əhatə dairəsinin, eləcə də görülən işlərə ictimai marağın daha da artması ilə əlaqədar olaraq sentyabrın 30-da fondun saytının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilmişdir.
Fondun yeni saytı Azərbaycan və ingilis dillərində olmaqla istər dizayn, istər quruluş, istərsə də məzmun baxımından tam müasir tələblərə uyğun qurulmuşdur. DSMF-nin fəaliyyəti ilə bağlı zəngin məlumatları özündə əks etdirən saytın sol menyusu 14 əsas bölmədən və 50-dən artıq altbölmədən ibarətdir. Həmin bölmələrdə fond haqqında, qanunvericilik bazası, pensiya islahatı, məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyaları, sosial sığorta müavinətləri, sığortaedən üçün məlumat, statistik göstəricilər, vətəndaşların məlumatlandırılması, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr, qonaq kitabı, lazımi linklərə istinadlar verilməklə bir çox suallara aydınlıq gətirilir.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, fondun fəaliyyətini əks etdirən bütün məlumatlar (DSMF-nin gəlir və xərcləri barədə operativ məlumat, DSMF-də uçotda olan pensiyaçıların say tərkibi və orta aylıq pensiyanın məbləği barədə məlumat, sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsinin gedişatı barədə ümumi məlumat, sığortaolunanlardan fərdi uçot sistemində qeydiyyata alınanların sayı və.s) saytda yerləşdirilmişdir.
Yeni sayt sığorta-pensiya sahəsində görülən işlər barədə əhalinin məlumatlandırılması və internet səhifəsindən əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi istiqamətində geniş imkanlara malikdir. "Vətəndaşların məlumatlandırılması" bölməsində məcburi dövlət sosial sığorta haqlarının dərəcələri, sığortaedənlərin və sığortaolunanların Dövlət Sosial Müdafiə Fondunda uçotuna dair ərizə, arayış, məlumat, hesabat formaları, pensiya təyinatı üçün zəruri olan sənədlər, o cümlədən ərizə, təqdimat və s. formalar yerləşdirilmişdir.
Saytın "sual-cavab" (pensiya və müavinətlər, sosial sığorta haqları, fərdi uçot, hərbi qulluqçulara dair pensiya və müavinətlər və digər altbölmələrdən ibarət olmaqla) bölməsi vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin operativ cavablandırılması məqsədi daşıyır. Həyata keçirilən islahat tədbirlərində QHT və vətəndaş cəmiyyətinin fəal iştirakı imkanlarının və vasitələrinin formalaşdırılması üçün internet saytı vasitəsilə müxtəlif interaktiv sorğuların keçirilməsi üçün xüsusi bölmə təşkil olunmuşdur.
9 bölmədən ibarət olan saytın sağ menyusunda "müştəri xidmətləri" (pensiya kslkulyatoru), "B-3 proqram təminatı", "vakansiya", "mətbuat guşəsi" və digər bölmələr yerləşdirilib. Həmin bölmələr vasitəsilə gələcəkdə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan bütün pensiyaçı və sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə dərhal əldə edə bilməsi üçün texniki imkanlar müəyyənləşdirilib.
"Sosial sığorta haqlarının ödənilməsi gələcəyinizin təminatıdır", "Gələcəyə arxayınlıqla aparan yol - sosial sığorta və fərdi uçot", "Pensiyaçılar üçün bankomatdan istifadə qaydası", "Mərkəzi çağrı sistemi:190" bölmələri məlumatlandırma üçün ətraflı materiallarla yanaşı xüsusi video çarxlarla da təmin edilmişdir.
Saytın "Əlaqə" bölməsi də tamamilə yenilənmişdir. Burada DSMF-nin yerli şöbələrinin ünvanları, əlaqə telefonları verilmişdir. Bu bölmədə vətəndaşların qəbulu üçün qəbul qrafiki, yol sxemi və digər zəruri informasiyalar əks olunmuşdur.
Qeyd edək ki, DSMF informasiya texnologiyalarını uğurla tətbiq edən, əhali ilə ünsiyyəti informasiya texnologiyaları vasitəsilə qurmağa üstünlük verən ilk dövlət qurumlarından biridir. DSMF cari ilin mart ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri Fərmanla təltif edilmişdir.
Onu da bildirək ki, DSMF-nin www.sspf.gov.az ünvanlı saytı 2004-cü ildən etibarən fəaliyyət göstərir.

{nl}

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında