Astanada "Asiya və Sakit okean regionunda ətraf mühit və inkişaf" adlı VI konfrans işini başa çatdırmışdır

Astanada "Asiya və Sakit okean regionunda ətraf mühit və inkişaf" adlı VI konfrans öz işini başa çatdırmışdır.
Tədbirdə Azərbaycan da daxil olmaqla Asiya və Sakit okean Regionu İqtisadi və Sosial Komissiyasının üzvü olan 62 ölkədən nümayəndələr iştirak etmişdir.
Konfransda bəşəriyyəti narahat edən ekoloji problemlər və bundan çıxış yolları, ətraf mühitin mühafizəsi, qlobal ekoloji problemlərin həlli məsələləri, həmçinin Asiya və Sakit okean regionunda iqtisadiyyatın yüksək sürətlə inkişafı və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək bildirmişdir ki, ölkəmizdə ətraf mühitin qorunmasına və bu sahədə mövcud problemlərin həllinə böyük diqqət yetirilir. Nazir müavini demişdir ki, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir və bu sahədə ciddi layihələr həyata keçirilir.
Azərbaycanın Asiya və Sakit okean regionu ölkələri ilə əməkdaşlığından danışan N.Quliyev ölkəmizin ekoloji problemlərin həlli ilə bağlı Avropa İttifaqı, MDB və digər beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.
Seksiyalar üzrə aparılan müzakirə və dinləmələrdə azərbaycanlı mütəxəssislər ölkədə ekoloji problemlərin həlli, eləcə də alternativ enerji mənbələri barədə geniş məlumat vermişlər.

{nl}

Qulu KƏNGƏRLI AzərTAc-ın xüsusi müxbiri
Astana

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında