ABŞ Dövlət Departamenti: Şuşa tarixən azərbaycanlılar yaşayan şəhərdir

ABŞ Dövlət Departamenti ermənilərin işğal etdiyi Şuşa şəhərində əzəldən azərbaycanlıların yaşadığını təsdiq etmişdir.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında yazılmışdır. Məqalədə deyilir ki, 1992-ci ilin mayında erməni qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlılar yaşayan tarixi paytaxtı Şuşa şəhərini və Laçın rayonunu işğal etmişlər.
Məqalədə qeyd olunur ki, işğalı genişləndirən erməni ordusu 1993-cü ilin oktyabrında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı yeddi rayonunu da zəbt edərək nəzarətə götürmüşdür.
ABŞ Dövlət Departamentinin saytında deyilir: "Erməni qoşunları irəlilədikcə 100 minlərlə azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası hərbi əməliyyatlara son qoymağa, işğalçı qoşunların zəbt etdiyi əraziləri azad etməyə, regionda beynəlxalq humanitar yardımın həyata keçirilməsini maneəsiz təmin etməyə və sülhü dəstəkləmə qüvvələrinin yerləşdirilməsinə çağırmışdır".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında