"Türk millətinin xidmətçiləri" mükafatının təqdimat mərasimi keçirilib

Azərbaycanın və Türkiyənin bir sıra ziyalıları, ictimai xadimləri müxtəlif sahələrdə türk dünyasına xidmətlərinə və fəaliyyətinə görə "Yeni Nəsil Azərbaycan Gəncliyi" İctimai Birliyinin təsis etdiyi "Türk millətinin xidmətçiləri" mükafatına layiq görülüb.
Filarmoniyada baş tutan tədbirdə birliyin rəhbəri Ruslan Rzayev türksoylu xalqlar arasında əlaqələrin getdikcə güclənməsindən və Azərbaycan dövlətinin də bu istiqamətdə addımlar atmasından söhbət açıb. O bildirib ki, türkdilli dövlət başçılarının Türkiyədə keçirilmiş toplantısı və bunun kimi silsilə görüşlər ortaq dil, tarix və ənənələrə malik xalqların bir-birini daha yaxından tanımasında və müştərək fəaliyyətində əhəmiyyətli rol oynaya bilər. Onun sözlərinə görə, türk ölkələrinin daha da inkişafında göstərdikləri xidmətlərə görə mükafata layiq ziyalılar, gənclər arasında keçirilən sorğuya əsasən müəyyən olunub.
Təqdimatdan əvvəl Anadolu liseyinin şagirdləri Vətənlə və bayraqla bağlı şeirlər söyləyiblər, daha sonra milli rəqs ifa olub.
Millət vəkilləri Qənirə Paşayeva, Nizami Cəfərov, Əli Hüseynov, Fuad Muradov, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov, sənətçi Şəmistan Əlizamanlı, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin rəhbəri Çingiz Bayramov və digərlərinə mükafatlar təqdim edilib. Media sahəsində türk xalqları ilə bağlı dolğun verilişlərinə görə İctimai kanal və TRT kanalının rəhbərliyi də bu mükafata layiq görülüb.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Şimali Kipr Türk Respublikasının keçmiş xarici işlər naziri, Demokrat partiyasının sədri Sərdar Denktaş, türkiyəli millət vəkilləri Mustafa Kabakçı, Külşad Tüzmən və Atilla Kaya, Azərbaycanda fəaliyyət göstərən iş adamı Yavuz Kələş, araşdırmaçı-yazar Səlcuk Düzgün, TUSİAB, TİKA rəhbərliyi də "Türk millətinin xidmətçiləri" mükafatı alanlar sırasında olub.
Mükafatlandırma mərasimində çıxışı zamanı millət vəkili Q. Paşayeva ölkəmizin müstəqilliyini yeni əldə etməsinə baxmayaraq, Azərbaycanın türk dövlətlərinin və xalqlarının bir-birinə yaxınlaşması, birliyi istiqamətində böyük işlər gördüyünü deyib.
Millət vəkili vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə fəaliyyəti hər bir Azərbaycan gənci üçün örnəkdir. Bizim gənclərimiz türk dünyasının həmrəyliyi və birliyi istiqamətində əlindən gələni etməlidir.
Mükafata layiq görülən ziyalılar bundan sonra da fəaliyyətlərində türk ölkələrinin, xalqlarının bir-birinə yaxınlaşması, əlaqələrinin daha da inkişafına çalışacaqlarını vurğulayıblar.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında