Nəsimi rayonunda Ahıllar Günü qeyd edilmişdir

Beynəlxalq Ahıllar Günü ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da təntənə ilə qeyd edilmişdir.
Bu münasibətlə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq ahılları bayram münasibətilə təbrik etmişdir. O demişdir ki, 1963-cü ildən BMT-nin qətnaməsinə əsasən hər il oktyabrın 1-də qeyd edilən Ahıllar Günü 1993-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hər il Azərbaycanda da keçirilir. Natiq bildirmişdir ki, ölkəmizdə ahıl vətəndaşlar daim dövlətimizin qayğısı ilə əhatə olunub və onların bütün problemləri vaxtında həll edilir. N.Məhəməliyev bütün bunların bariz nümunəsi kimi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2006-cı il aprelin 17-də "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamın imzalanmasını xatırlatmışdır.
Tədbirdə Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxış edərək ahılları təbrik etmişdir.
Həmin gün 300-dən çox ahıla ərzaq yardımı verilmişdir.{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında