Onlar böyük ehtirama layiqdirlər

"Büllur" şadlıq sarayında Beynəlxalq Ahıllar Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin himayəsində olan kimsəsiz ahıllar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mübariz Əhmədzadə çıxış edərək ahılları əlamətdar gün münasibəti ilə təbrik etmiş, ölkəmizdə yaşlı vətəndaşların, tənha və kimsəsizlərin daim diqqət və qayğı ilə əhatə olunduqlarını, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir. Daha sonra rayon rəhbəri Zaqatalanın sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışmış, bu işlərin həyata keçirilməsində veteran və yaşlı nəslin nümayəndələrinin hər zaman məsləhət və təkliflərinə böyük ehtiyac olduğunu qeyd etmişdir.
Daha sonra tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və ahıllar çıxış edərək bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər.

{nl}

İ.MUSAOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında