"Bakı gecələri"ndə mərasim

1 Oktyabr Beynəlxalq Ahıllar Günü Səbail rayonunda da geniş şəkildə qeyd olundu. Rayon icra hakimiyyəti, Veteran Təşkilatları Şurası, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsi, Sosial Müdafiə Mərkəzi və bir sıra ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə ahıllar gününə həsr olunmuş mərasim keçirildi.
Bayıl yaşayış sahəsində yerləşən "Bakı gecələri" restoranında ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlar üçün rayon icra hakimiyyəti tərəfindən bayram süfrəsi açılmışdı. Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamladı, onlara uzun ömür və cansağlığı arzuladı. Başçı dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu, bu ilin sentyabr ayında ölkə başçısı İlham Əliyevin sərəncamları ilə təqaüd və müavinətlərin, bir çox sahələrdə işləyənlərin əmək haqlarının artırıldığını qeyd etdi. Natiq rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə də məlumat verdi, görülməsi nəzərdə tutulan işlərdən danışdı. A.Əsgərov bildirdi ki, bu işlərin həyata keçirilməsində veteran və yaşlı nəsil nümayəndələrinin məsləhət və təkliflərinə həmişə ehtiyac var.
Mərasimdə bildirildi ki, Səbail rayonunda hazırda yaşı 70-i ötmüş 5000 nəfərə yaxın ahıl vətəndaş yaşayır. Ümumilikdə isə rayonda 13398 nəfər təqaüdçü var. İl ərzində təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilməmişdir. Rayonda müxtəlif növ və kateqoriyalar üzrə 2530 nəfər sosial müavinət, 143 ailə (596 ailə üzvü) ünvanlı sosial yardım alır.
Sosial Müdafiə Mərkəzisinin xidmət şöbəsində 379 tənha və əlilə 31 nəfər xidmət göstərir.
Çıxış edənlərdən Səbail Rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev və başqaları rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən qayğıdan danışdılar, bu diqqətə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Görüşdə iştirak edən ahıllara RİH tərəfindən bayram sovqatları təqdim olundu.
Tədbir respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakıyla bayram konserti ilə başa çatdı.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında