Qondarma "erməni soyqırımı"na qarşı çıxan ABŞ professoru məhkəmədə qalib gəlmişdir

ABŞ-da qondarma "erməni soyqırımı"na qarşı çıxış etdiyinə görə Mədəni Haqlar Müdafiəçisi Təşkilatı (Southern Poverty Law Center (SPLC) tərəfindən "türk agenti" olmaqda ittiham edilmiş məşhur tarixçi Qunter Levinin 8 milyon dollarlıq təzminat ödənməsi ilə bağlı məhkəməyə etdiyi müraciət nəticəsində qurum üzr istəmiş və sözlərini geri götürmüşdür.
Massaçusets Universitetində siyasi elmlər professoru olan 87 yaşlı Q.Levi iki il əvvəl 1915-ci il hadisələri ilə bağlı erməni iddialarına qarşı çıxdığı üçün SPLC tərəfindən Türkiyə hökumətindən maddi yardım almaq və "türk agenti" olmaqda ittiham edilmişdi.
Mərkəzi Vaşinqtonda yerləşən Amerika-Türk Koalisiyasından verilən açıqlamaya görə, SPLC məhkəmə prosesində barışıq əldə edilməsi ilə "The Armenian Massacres in Ottoman Turkey: A Disputed Genocide" (Osmanlı Türkiyəsində Erməni Qətliamları: Mübahisəli Bir Soyqırım) adlı kitabın müəllifi olan Q.Levidən üzr istəmiş və sözlərini geri götürmüşdür.
Mərkəzi ofisi Alabama ştatında yerləşən təşkilat sentyabrın 30-da yaydığı üzr açıqlamasında "professor Q.Levinin fikirlərini yanlış başa düşdüklərini, onun Türkiyə hökuməti tərəfindən maliyyələşdirilən şəbəkənin üzvü olduğu iddiasında və 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarına qarşı çıxan bütün elm adamlarının Türkiyə hökumətindən maddi yardım aldığını düşünməkdə səhvə yol verdiklərini" bəyan etmişdir.
Məhkəmə işində Türk-Amerikan Qanuni Müdafiə Fondu tərəfindən təmsil edilən Q.Levi də baş verənləri "bu, məni sadəcə belə pisniyyətli ittihamlardan təmizləməklə bərabər, müstəqil araşdırmalar üçün də bir zəfər əhəmiyyətini daşıyır" sözləri ilə dəyərləndirmişdir.
SPLC-nin professor Q.Leviyə təzminat ödəyəcəyi bildirilsə də, məbləğ açıqlanmamışdır. Q.Levi 1915-ci il hadisələrinə dair araşdırmalarına əsaslanaraq qələmə aldığı kitabında erməni iddiaları ilə əlaqədar təqdim edilən mənbə və sənədlərin əsassız olduğunu sübut etmişdir.
Qunter Levi 1923-cü ildə Almaniyada doğulmuş, sonra ABŞ-a köçmüşdür. Kolumbiya Universitetinin Smit Kollecində işləmiş və hazırda Massaçusets Universitetinin professorudur. 2005-ci ildə "erməni soyqırımı" iddiaları ilə bağlı nəşr etdirdiyi kitabında soyqırımı iddialarını tənqid etmiş, sürgün fikrini müdafiə etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında