Azərbaycanda bələdiyyələr sahəsində normativ-hüquqi təminat bazası Avropa standartlarına uyğundur

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Azərbaycanda bələdiyyələrin statusu və onların insan hüquqlarının müdafiəsi sahəsində rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
"Beynəlxalq münasibətlərdə imkanların artırılması" (CABIR) layihəsi çərçivəsində keçirilən tədbir İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı, Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun dəstəyi və Azərbaycan Məzunlar Şurasının təşkilatçılığı ilə baş tutmuşdur. "Dəyirmi masa"da dövlət və hökumət nümayəndələri, bələdiyyə üzvləri və qulluqçuları, beynəlxalq təşkilatlar və ictimai birliklərin nümayəndələri iştirak etmişlər.
Ədliyyə Akademiyasının prorektoru, hüquq elmləri namizədi İlham Abbasov məruzə ilə çıxış edərək yerli özünüidarə institutunun dövlət idarəçiliyi sistemində rolu, bələdiyyələrin statusu, onların başlıca fəaliyyət istiqamətləri haqqında ümumi məlumat vermişdir.
Bildirilmişdir ki, respublikamızda bələdiyyələr sahəsində normativ-hüquqi təminat bazası Avropa standartlarına uyğun səviyyədə formalaşdırılmışdır.
Bununla belə, Azərbaycanda bələdiyyə institutunu inkişaf etdirmək və onun fəaliyyətini daha da təkmilləşdirmək üçün bir sıra tədbirlər görülməli, bələdiyyələrin yerli inkişaf proqramlarının icrasında, sosial-iqtisadi inkişaf və bələdiyyə ərazisində yaşayan əhalinin sosial müdafiəsi sahəsində və yerli ekoloji fəaliyyətlərdə rolu artırılmalıdır.
Tədbirdə çıxış edən natiqlər bələdiyyələrin insan hüquqlarının təminatı və müdafiəsi sahəsindəki rolundan, bələdiyyələr tərəfindən görülən konkret tədbirlərdən söz açmış, onların bu istiqamətdə daha səmərəli ola biləcəklərini vurğulamışlar.
Sonra mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında