Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

Oktyabrın 1-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir.
İclasda Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 6-cı hissəsinə əsasən, "Əmək pensiyaları haqqında" 2006-cı il yanvarın 1-dən qüvvədə olan qanunun müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci və 71-ci maddələri baxımından şərh olunmasına dair xüsusi konstitusiya icraatında olan müraciətə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Rövşən İsmayılovun məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələrinin çıxışlarını, ekspertin rəyini, iclasa dəvət olunmuş mütəxəssislərin mülahizələrini dinləmişdir.
Azərbaycan Konstitusiya Məhkəməsi iş üzrə materialları araşdırıb 15 gün ərzində qərar qəbul edəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında