Milli Fəaliyyət Planının təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə Bakı şəhərini əhatə edən yekun ictimai dinləmə keçirilmişdir

Oktyabrın 1-də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə Bakı şəhərini əhatə edən yekun ictimai dinləmə keçirilmişdir.
Tədbirdə Ombudsman Elmira Süleymanova MFP-nın respublikamızın hər bir rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədi ilə 57 rayonda silsilə ictimai dinləmələr keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ictimai dinləmələrdə şəhər və rayon icra hakimiyyətləri və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatlarının, KİV-lərin və icmaların nümayəndələri iştirak etmişlər.
İctimai dinləmələr zamanı məlum olmuşdur ki, Milli Fəaliyyət Planı ölkədə dəyərləndirilir, insanlar bu sənədə böyük maraq göstərirlər. Dinləmələrdə, həmçinin planda nəzərdə tutulmuş tapşırıqlar müzakirə edilmişdir.
İnsan hüquqları üzrə müvəkkil demişdir ki, bugünkü yekun dinləmədə müzakirə olunacaq mövzular təhlil edilərək sistemləşdiriləcək və müvafiq qurumlara tövsiyələr göndəriləcəkdir. Tövsiyələr sırasında Milli Məclisin fəaliyyəti, beynəlxalq qurumlarla əməkdaşlıq, məhkumların, əlillərin hüquqlarının müdafiəsinə yönəlmiş, məhkəmələrin işinin təkmilləşdirilməsi ilə bağlı məsələlər vardır.
E.Süleymanova Ombudsman təsisatının və bir sıra dövlət qurumlarının "qaynar xətləri" barədə məlumat verərək, insanların müraciətlərinə müvafiq orqanlar tərəfindən vaxtında baxıldığını vurğulamışdır.
Tədbirdə seçki hüququnun təmin edilməsi sahəsində görülmüş işlər, bu sahədə qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında