Dövlət büdcəsinə külli miqdarda ziyan vuran şəxs barədə həbs qətimkan tədbiri seçilmişdir

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində "AZ.SV" MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Əvvəllər Cinayət Məcəlləsinin 213.4-cü maddəsi ilə məhkum olunmuş Əliyev Rövşən Süleyman oğlu "AZ.SV" ilə yanaşı ayrı-ayrı şəxslərin adına təsis olunmuş daha 2 şirkətin - "STS GROUP" və "World Sistem İ" MMC-lərin fəaliyyətinə də faktiki rəhbərlik edərək bir qrup şəxslə cinayət əlaqəsinə girmiş və külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırmışdır. Vergi Məcəlləsinin tələbləri pozulmaqla "STS GROUP" və "World Sistem İ" MMC-lər üzrə 2009-cu il üçün mənfəət vergisinin bəyannamələrinin, "AZ.SV" MMC üzrə isə 2009-cu il üçün mənfəət vergisinin və 2010-cu ilin yanvar-fevral ayları üçün Əlavə Dəyər Vergisinin bəyannamələrinin vergi orqanına təqdim edilməməsi və dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə əlaqədar R.Əliyevə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə ibtidai araşdırma davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında