"Atəşgah" sığorta şirkəti yeni layihəyə başlayacaq

"Atəşgah" sığorta şirkətində jurnalistlərlə görüş keçirilib. Görüşdə şirkət tərəfindən müştərilərə göstərilən bütün sığorta xidmətləri haqqında geniş məlumat verilib. Tədbirdə "Atəşgah Həyat" Sığorta şirkətinin satış üzrə mütəxəssisi Xəqani Baxşəliyev şirkətin yaxın vaxtlarda yaratdığı yeni sığorta məhsulları, o cümlədən "Arxayın valideyn", "Arxayın sürücü" və "Arxayın sakin" sığorta məhsulları barədə geniş təqdimatla çıxış edib.
Bu sığorta məhsulları ilə bağlı ətraflı məlumat verən X.Baxşəliyev yaxın gələcəkdə şirkətin daha yeni sığorta məhsullarının hazırlanacağını bildirib. Ümumiyyətlə, yaxın gələcəkdə şirkət fiziki şəxslər üzrə "Tibbi sığorta" məhsulunu da tətbiq etmək niyyətindədir.
Tədbirdə həmçinin şirkətin Marketinq Departamentinin əməkdaşı Aydın Əhmədzadə bu ilin sonuna kimi şirkət tərəfindən yeni layihəyə başlanacağını bildirib. A.Əhmədzadənin sözlərinə görə, bu layihə ilə bağlı bütün KİV orqanlarında reklam kampaniyalarına başlanılacaq.
Xatırladaq ki, "Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda yaradılıb. Şirkətin səhmdarları rolunda "İSR Holding", ARDNŞ və "Ran Exim" şirkəti çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 milyon manat təşkil edir. Şirkətin ölkə üzrə 8 ofisi fəaliyyət göstərir.
"Atəşgah" sığorta şirkətinin mətbuat xidmətinin əməkdaşı Elnur Hüseynquluyevin dedikləri:
"Atəşgah" sığorta şirkəti 1996 - cı ilin sonunda yaranmışdır, 1997-ci ildə isə sığorta fəaliyyəti göstərmək üçün lisenziya almışdır. 2001-ci ildən başlayaraq "Atəşgah" sığorta şirkəti Azərbaycanın sığorta bazarının liderlərindən biridir.
Şirkətin təsisçiləri tərəfindən qəbul edilmiş strategiyaya uyğun olaraq, 2009-cu ildə "Atəşgah" sığorta və "Atəşgah Həyat" sığorta şirkəti Sığorta Şirkətləri Qrupu altında birləşmişlər. "Atəşgah" sığorta şirkəti əmlak sığorta növləri, "Atəşgah Həyat" sığorta şirkəti isə həyat sığortasının inkişafı üzrə xüsusi sığorta xidmətləri üzrə ixtisaslaşmışdır. Hazırda "Atəşgah Həyat" Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşan birinci və hələlik yeganə şirkətdir.
Bu gün "Atəşgah" sığorta şirkəti avtomobillərin könüllü sığortası, vətəndaşların əmlakının yanğın və digər risklərdən sığortası, yüklərin sığortası, məsuliyyət sığortası və digər növ sığortalara böyük diqqət göstərir.
Şirkətin maliyyə göstəricilərinə gəldikdə isə qeyd etmək istəyirəm ki, bu ilin yanvar-avqust aylarında şirkət tərəfindən 8,42 milyon manat həcmində sığorta haqqı toplanıb ki, bu da göstərilən dövrdə respublika üzrə məcmu sığorta daxilolmalarının təxminən 8,1 faizi deməkdir. Bundan başqa, cari ilin 8 ayında şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 3,370 milyon manat olub ki, bu da cəmi sığorta şirkətlərinin risklər üzrə ödənişlərinin 11 faizini təşkil edir.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında