Yenidənqurma işləri davam etdirilir

Ölkə enerji sisteminin flaqmanı sayılan "Azərbaycan İstilik Elektrik Stansiyası" (İES) XX əsrin 80-ci illərindən istismar edildiyindən avadanlıqlar fiziki və mənəvi cəhətdən aşınmışdır. Bu da II, III, IV və V enerji blokları istisna edilməklə qalan dörd blokun tam gücü ilə işləməməsinə, enerjinin istehsalında xüsusi sərfin və şərti yanacağın xüsusi sərfinin normadan artıq olmasına səbəb olmuşdur. Lakin bütün bunlara baxmayaraq, stansiyanın cari ilin yanvar-avqust aylarının texniki- iqtisadi göstəriciləri qənaətbəxşdir. Buna səbəb enerji bloklarında təmir işlərinin vaxtlı-vaxtında aparılması və texniki istismar qaydalarına düzgün əməl edilməsidir.
"Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatına görə, cari ilin avqust ayında "Azərbaycan" İES-də 58,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 3,4 milyon kilovat-saat çoxdur. Bütövlükdə isə 2010-cu ilin 8 ayı ərzində stansiyada 3 milyard 322,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Yeri gəlmişkən, ölkə enerji sisteminin bütün sahələrində olduğu kimi, "Azərbaycan" İES-də də yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı stansiyanın ərazisi quru otlardan təmizlənmiş, sex və sahələrdə ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş və onlar işçi vəziyyətə gətirilmişdir. Eyni zamanda, yanğına qarşı su təchizatı sistemləri və rabitə vasitələri də saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı, avadanlıqların iş rejimlərinə nəzarət daha da gücləndirilmiş və soyutma sistemlərinin ahəngdar işi təmin olunmuşdur. Cari ildə nəzərdə tutulmuş təmir-bərpa işlərinə gəlincə isə, stansiyanın mövcud vəziyyətinə uyğun normal fəaliyyətini davam etdirməsi üçün müəyyən olunmuş təmir işləri qrafikə uyğun aparılır. Yeri gəlmişkən, hazırda 1 və 8 saylı bloklarda yenidənqurma işləri davam etdirilir. Xatırladaq ki, elektrik stansiyası hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında