Vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıran şəxs barədə ittiham elan olunmuşdur

Bu gün təsərrüfat subyektləri arasında elələrinə rast gəlinir ki, onlar mühasibat sənədlərində təhrif hallarına yol verməklə vergiləri dövlət büdcəsindən yayındırırlar.
Bununla bağlı Vergilər Nazirliyi Vergi Məcəlləsinin müddəalarına əsaslanaraq nəzarət tədbirlərinin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu cür qanun pozuntusuna yol vermiş Fəxrəddin Eldar oğlu İsmayılov barəsində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində başlanmış cinayət işi üzrə araşdırma tamamlanmışdir.
Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, "Tikinti Quraşdırma-TŞ", "BT İnşaat", "Boldeks", "Təminat 4" , "Fitex", "Optimus 2008" və "Bakı 2009" MMC-nin direktoru Fəxrəddin Eldar oğlu İsmayılov qeyd olunan təşkilatların mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları daxil etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır.
İstintaq zamanı F.İsmayılovun törətdiyi cinayət faktları ilə bağlı başlanmış muxtəlif cinayət işləri bir icraatda birləşdirilmiş, zəruri araşdırma hərəkətləri yerinə yetirilmiş, müvafiq ekspertizalar keçirilmiş və onun cinayət əməlləri təkzibolunmaz sübutlarla təsdiq edilmişdir. F.İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur.
Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Respublika Baş Prokurorluğuna göndərilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında