Bakıda insan alveri qurbanları üçün yardım və sosial reinteqrasiya modelinin inkişafına dair üçüncü regional müşavirə

Sentyabrın 30-da Bakıda insan alveri qurbanları üçün yardım və sosial reinteqrasiya modelinin inkişafına dair üçüncü regional müşavirə öz işinə başlamışdır.
Tədbirdə yerli və beynəlxalq təşkilatların nümayəndələri və ekspertləri iştirak edirlər.
Müşavirə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən "Potensialların artırılması və texniki dəstək vasitəsilə Azərbaycanda insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi" layihəsi çərçivəsində keçirilir.
Üçüncü regional müşavirə Qərbi Avropa və Cənubi Asiya regionu üzrə insan alverinə qarşı mübarizənin müxtəlif aspektlərinə dair səmərəli profilaktika strategiyasının yaradılması, davamlı yardım və sosial reinteqrasiya mexanizmləri də daxil olmaqla, texniki səviyyədə müzakirələri əhatə edir.
ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Terri Devidson insan alverinin hər zaman aktual problem olduğunu demişdir. O bildirmişdir ki, ABŞ Dövlət Departamentinin İnsan Alverinin Monitorinqi və Mübarizəsi İdarəsi problemin aradan qaldırılması, mühafizə və yoxlama kimi üç əsas sahəni əhatə edən tədbirlərin görülməsini önə çəkən xarici ölkələrə yardım proqramını idarə edir. Bugünkü konfrans xarici ölkələrə yardım proqramımızın dəstəklədiyi fəaliyyət növlərinin bir nümunəsidir. 2010-cu ildə Dövlət Departamenti insan alverinə qarşı proqramları maliyyələşdirmək üçün 22 milyon ABŞ dolları məbləğində vəsait ayıracaqdır. Hazırda cəmi 54 milyon dollar maliyyə vasitəsilə 65 ölkədə həyata keçirilən 178 layihə üzrə iş aparılır. Azərbaycanda da insan alveri ilə mübarizəyə çox ciddi diqqət yetirilir. ABŞ Azərbaycanda insan alveri ilə mübarizə proqramlarına hazırda 250 min ABŞ dolları məbləğində vəsait ayırır.
Azərbaycan hökumətinin insan alverinin qarşısını almaq üçün həyata keçirdiyi fəaliyyətlərin qısa icmalını verən Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin insan alveri qurbanları ilə iş şöbəsinin rəisi Şahin Qocayev həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə insan alveri hallarının aradan qaldırılması və profilaktikası istiqamətində müsbət nəticələr əldə edildiyini söyləmişdir.
İki gün davam edəcək müşavirədə Azərbaycanda insan alveri problemi ilə mübarizədə hökumət orqanlarının rolu, ölkəmizdə insan alveri qurbanlarına tibbi və psixoloji yardımın göstərilməsi, eləcə də Gürcüstanda, Pakistanda, Tacikistanda, Rusiyada, Türkiyədə, Türkmənistanda, Ukraynada Özbəkistanda insan alveri qurbanlarına hüquqi, tibbi, psixo-sosial yardımın göstərilməsi mövzularında çıxışlar olacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında