"Ədalət naminə dostunu işarələ" kampaniyasına start verilir

İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının "Facebook" səhifəsində yeni qlobal mərhələsinə start verilmişdir.
İKGF Bakı ofisindən bildirmişlər ki, "Ədalət naminə dostunu işarələ" adlanan kampaniya "Facebook" sosial şəbəkəsinin verdiyi imkanlardan istifadə edilməklə Xocalı soyqırımı haqqında həqiqətləri daha geniş beynəlxalq auditoriyada, xüsusilə "Facebook"un 500 milyon istifadəçisi arasında yaymaq məqsədi güdür. Kampaniyanın birinci mərhələsi "Dostunu işarələ, Darfuru xilas et" adlanır.
Səhifədə hər həftə yüklənəcək şəkildə dostunu işarələyən şəxs hər işarələnən dosta görə "Save Darfur" ("Darfuru xilas et") kampaniyası üçün "Facebook"da açılmış hesab vasitəsilə maliyyə yardımı etmiş olacaqdır. Beləliklə, həm Xocalı həqiqətləri dünyaya çatdırılacaq, həm də sadə insanlar "Xocalıya ədalət" kampaniyası vasitəsilə Darfurda soyqırımı qurbanlarına maddi yardım etmək imkanı qazanacaqlar. Kampaniya oktyabrın 2-dən başlanır. Kampaniyanın internet ünvanı:
http://www.facebook.com/pages/Justice-for-Khojaly-Campaign/101823787520#!/pages/Justice-for-Khojaly-Campaign/101823787520?v=wall
Qeyd edək ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində 2 il ərzində dünyanın 50-yə yaxın ölkəsində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilmişdir. ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınımış rep ifaçısı Toni Bləkman və Azərbaycanın rep qrupu "Dəyirman" tərəfindən ifa edilmiş "Xocalıya ədalət" mahnısının təqdimatı Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynamışdır.
Kampaniyanın fəaliyyətini əlaqələndirən İKGF-nin təşəbbüsü ilə bu il Kampalada (Uqanda) İKT üzv dövlətlərin Parlament Birliyi və Düşənbədə (Tacikistan) keçirilən İKT xarici işlər nazirlərinin konfransı tərəfindən qəbul edilən sənədlərdə Xocalı qırğını insanlığa qarşı cinayət kimi qiymətləndirilmişdir. Hazırda kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyətinin hüquqi-siyasi qiymət verməsi üçün hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyası keçirilir (http://justiceforkhojaly.org/?p=petition 

{nl}

 ttp://justiceforkhojaly.org/?p=petition)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında