Beynəlxalq təşkilatlar respublikamızda parlament seçkilərinə hazırlıqdan razılıq ifadə edirlər

Əli Bilge Cankorel: Azərbaycanda keçirilən seçkilərdə irəliləyişin olduğu təsdiqlənir
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək 7 noyabr seçkiləri yaxınlaşdıqca, bu siyasi kampaniyaya maraq və diqqət daha da artır. 124 dairədə keçiriləcək seçkilərdə uğur qazanmaq istəyənlər isə əvvəlki illərə nisbətən qat-qat çoxdur. Mərkəzi Seçki Komissiyasından bildirmişlər ki, hələ sentyabrın 28-dək 1231 nəfərin deputatlığa namizədliyi təsdiq olunmuşdur. Yəni, indidən az qala hər dairədə 10 nəfərin mübarizə aparmaq, seçicilərin etimadını qazanmaq üçün yarışacağı bildirilir. Bəs həmin bumun səbəbi nədir?
Əvvəla, istənilən vətəndaş Azərbaycan dövlətinin şəffaf, ədalətli və demokratik seçki keçirmək istədiyini, bu barədə konkret iradə nümayiş etdirdiyini görür və eşidir. Ona görə də hamı seçkidə ədalətin qorunacağına inanır və öz namizədliyini irəli sürür. Əslində bu, dövlətin öz vətəndaşlarına sərbəst şəkildə seçmək, seçilmək imkanı verməsi və xalqın öz dövlətinə inam və etimadının artmasının təzahürü kimi müsbət tendensiyadır. Əvvəllər heç bir seçkidə iştirak etməyən sadə bir vətəndaş parlament seçkisində qalib gələcəyinə inanırsa, bu, insanların cəmiyyətdə haqq-ədalət müşahidə etməsinin nəticəsidir. Bu, həm də istənilən məsələdə mənfi çalar axtaran daxili və xarici bədxahlarımıza bir cavabdır.
İkinci, beynəlxalq aləmə iti sürətlə inteqrasiya edən Azərbaycan ictimai-siyasi məzmunlu istənilən kampaniyada dünya ekspertlərinin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakını təmin edir. Azərbaycan vətəndaşı görür ki, ölkədə keçiriləcək istənilən seçkinin hazırlanmasında, keçirilməsində və səslərin sayılmasında minlərlə yerli, yüzlərlə əcnəbi müşahidəçilər iştirak edir. Bu fakt isə səsvermənin şəffaflığına yaradılan ən böyük imkandır. Yeri gəlmişkən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə missiyası artıq üç gündür ki, rəsmi fəaliyyətə başlamışdır. Müşahidə missiyasının rəhbəri, xanım Odri Qlover bu münasibətlə keçirilən mətbuat konfransında bildirmişdir ki, missiyanın əsas heyətinə daxil olan 16 nəfər ATƏT üzvü olan 11 ölkəni təmsil edir. Daha sonra 22 nəfərdən ibarət nümayəndə heyəti də Bakıya gələcəkdir. Sonradan gələcək müşahidəçilər Bakıdakı ATƏT rəsmilərindən müvafiq təlimatları aldıqdan sonra regionlara göndəriləcəklər. Qısamüddətli müşahidə missiyası isə (onların sayı yüzlərlədir) Azərbaycana noyabrın 3-də gələcəkdir. Müşahidəçilər seçkiyə hazırlıq mərhələsində iki aralıq hesabat, seçkinin ertəsi günü ilkin hesabat, seçkidən 8 həftə sonra isə yekun hesabat hazırlayacaqlar. Qeyd edək ki, ATƏT təmsilçiləri bundan əvvəl də ölkəmizdə 7 seçkini müşahidə etmişlər. Bütün bunlar isə noyabrın 7-də keçiriləcək parlament seçkilərinin ədalətli və demokratik şəkildə keçiriləcəyinə inamı bir daha artırır.
Üçüncü, Azərbaycandakı seçki qanunvericiliyi beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilərək hamının mənafeyinə cavab verən bir səviyyəyə qaldırılmışdır. İndi artıq Azərbaycan Seçki Məcəlləsi ilə tanış olan istənilən əcnəbi onu mükəmməl seçki qanunvericiliyi adlandırır. Yeri gəlmişkən, ölkəmizdə səfərdə olan Çexiya Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Ludek Sefziqin başçılıq etdiyi nümayəndə heyətinin Milli Məclisdəki görüşləri zamanı bütün digər məsələlərlə yanaşı noyabrın 7-də keçiriləcək parlament seçkilərinə də toxunulmuşdur. Cənab Sefzinq eşidəndə ki, 3-cü çağırış Milli Məclisin deputatları arasında 10-dan çox siyasi partiyanın təmsilçisi var və istənilən vətəndaş seçkili orqanlara öz namizədliyini irəli sürə bilər, bu ölkəyə öz inam və etimadını ifadə etmişdir: "Sizin respublikanızın çox mükəmməl seçki sistemi vardır".
Başqa bir məqama diqqət yetirək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Yanes Lenarçic də ölkəmizdə keçirilmiş və indi hazırlıq görülən bütün seçkilərdə əsas insan hüquq və azadlıqlarının qorunması məsələsindən məmnunluq ifadə etmişdir: "Azərbaycanda ATƏT-in demokratiya və insan hüquqları ilə bağlı tövsiyələrinin həyata keçirilməsində tərəqqi əldə olunub. Dövlət orqanlarının seçki prosesinə müdaxiləsi qadağan edilib, namizədlərin qeydiyyatı prosesi təkmilləşdirilib, şikayət və apellyasiyalar həll olunur. Həmçinin, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun, seçicilərin barmağına şəffaf mürəkkəb vurulması, seçki məntəqələrində seçkilərin nəticələrinin internetdə yerləşdirilməsi müsbət hallar kimi qeyd olunmalıdır". ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel isə bəyan edir ki, təmsil etdiyim beynəlxalq təşkilatın hesabatında Azərbaycanda keçirilən seçkilərdə irəliləyişin olduğu təsdiqlənir. Bu, Azərbaycan dövlət qurumlarının və Mərkəzi Seçki Komissiyasının nailiyyətidir.
Bir sözlə, beynəlxalq təşkilatlar və ölkəmizin qonağı olan əcnəbi siyasətçilər noyabrın 7-də keçiriləcək parlament seçkilərinə hazırlığı yüksək qiymətləndirir, ötən seçkilərdə böyük irəliləyişlərin olduğunu qeyd edirlər.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında