Badamdarın yeni istirahət guşələri

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın paytaxtı gündən-günə gözəlləşir, abadlaşır və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Bunu təkcə şəhərimizin sakinləri deyil, çoxsaylı qonaqları da xüsusi qeyd edirlər. Şəhərdə yeni-yeni obyektlər açılır, bir çox köhnə tikilidə əsaslı təmir işləri aparılır. Həyata keçirilən işlər sırasında sosial obyektlərin çoxalmasına və yeniləşdirilməsinə böyük fikir verilir.
Paytaxtımızın Səbail rayonunda da geniş quruculuq işləri aparılır və belə tədbirlərin sayı daim artır. Ölkə başçısının birbaşa göstərişinə əsasən 132 və 134 saylı orta məktəblərin və Heydər Əliyev Fondu tərəfindən Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbin qısa müddətdə əsaslı təmir olunaraq sentyabr ayında istifadəyə verilməsi Səbail məktəblilərinə layiqli hədiyyə olmuşdur. Bu təhsil müəssisələrinin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın iştirakı dövlətimizin təhsilə olan diqqət və qayğısının bariz göstəricisidir.
Rayon icra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov son vaxtlar Badamdar qəsəbəsində aparılan işlərdən söz açaraq bildirdi:
- Əhalisinin sayının durmadan artdığı Badamdar qəsəbəsində sakinlər üçün istirahət guşələrinin yaradılmasına son vaxtlar ardıcıl diqqət yetirilir. Səbail Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi açıq qəbullar zamanı vətəndaşların müraciətləri nəzərə alınaraq yanvar ayında qəsəbənin Neftçilər küçəsinin başlanğıcındakı "yolkalıq" adlanan sahədə istirahət bağı salınaraq istifadəyə verilmişdir. Avqust ayında həmin parkla paralel ərazidə, baxımsızlıqdan tullantılar məskəninə çevrilmiş sahədə yeni istirahət guşəsinin yaradılmasına başlanmışdır.
Qısa müddət ərzində burada xeyli iş görülmüşdür. Ərazi yenidən qurularaq bura yeni torpaq qatı tökülmüş, çəmən otu səpilmiş, ağaclar budanaraq qaydaya salınmışdır. Bağın kənarlarına yeni bordyurlar qoyulmuş, hasar üzlənmiş, yerə daş döşənmişdir. Müasir üslubda işıqlandırma sistemi quraşdırılmış, yeni oturacaqlar qoyulmuşdur. Parkın ətrafına asfalt salınmış, yaxınlıqdakı yaşayış binalarının fasadları təmir olunaraq rənglənmişdir.
Qəsəbənin əsas küçələrində də səkilər qaydaya salınmışdır. Yol boyunca yaşayış binalarının fasadları abadlaşdırılmış, əraziyə asfalt örtüyü çəkilmişdir. Qəsəbədəki ticarət obyektləri və mağazaların fasadlarına müasir üslubda üzlük çəkilir.
Səbail rayonunun qəsəbə və yaşayış sahələrində, məhəllə və həyətlərində abadlıq işlərinin aparılması ilə bağlı rayon icra hakimiyyəti tərəfindən hazırlanmış "Abad həyət" layihəsinin həyata keçirilməsi müvəffəqiyyətlə davam etdirilir. Badamdar qəsəbəsində artıq 6 həyətdə əsaslı təmir-abadlıq işləri aparılmış, süni örtüklü mini futbol meydançaları, söhbətgahlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmış və ərazi asfaltlaşdırılmışdır. Bu həyətlərdəki binaların fasadı, pilləkənləri təmir olunmuş, giriş qapıları yeniləri ilə əvəz olunmuşdur.
Layihə çərçivəsində Badamdar yolu 107/109 ünvanda neftçilərin yaşadığı 3 binanın həyətdə təmir işlərinə başlanmışdır. Həyətdə sakinlərin istirahəti üçün müxtəlif guşələr və qurğular yaradılır. Hazırda Badamdar qəsəbəsində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aparılan Xeyir-Şər yeri tikintisi də başa çatmaq üzrədir.{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında