Yaponiyanın Azərbaycandakı səfiri: "Azərbaycan mənim ikinci vətənimdir"

Yaponiyanın Azərbaycandakı səfiri Masamutsi Okinin səlahiyyət müddəti başa çatmışdır. Sentyabrın 29-da Yaponiyanın ölkəmizdəki səfirliyində bu münasibətlə rəsmi ziyafət təşkil olunmuşdur.
Səfir qonaqları səmimi salamlayaraq bildirmişdir ki, Azərbaycanda fəaliyyət göstərdiyi 3 il ərzində respublikanın dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etmiş, bir sıra layihələr həyata keçirilmişdir. Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant proqramı çərçivəsində Azərbaycan paytaxtında və bölgələrdə təhsil, səhiyyə, su təchizatı və digər sahələrdə əhəmiyyətli layihələr gerçəkləşdirilmişdir.
2006-cı ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya səfərindən sonra iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. Masamutsi Oki demişdir: "Mən Azərbaycanı özümün ikinci vətənim sayıram. Buradakı insanlara heyranam və mütləq bu ölkəyə qayıdacağam".
Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri Abid Şərifov çıxışında səfir M.Okinin fəaliyyəti dövründə görülən işlərdən danışmışdır. O bildirmişdir ki, Yaponiyanın Azərbaycandakı səfirliyi hər il ölkəmizdə təhsil və səhiyyə müəssisələrinin tikintisi və bərpası üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Bu layihələrin həyata keçirilməsində M.Okinin böyük xidmətləri vardır. Səfir bərpa və yenidənqurma işlərinə ehtiyacı olan obyektləri özü seçmiş və layihənin həyata keçirilməsinə şəxsən nəzarət etmişdir. Ümumiyyətlə, Yaponiya Azərbaycanda iqtisadiyyatın və kənd təsərrüfatının inkişafına xeyli vəsait ayırmışdır. Hazırda Yaponiya hökumətinin güzəştli şərtlərlə ayırdığı təxminən 1 milyard dollar məbləğində vəsait Azərbaycanda elektrik stansiyalarının inşasına və modernləşdirilməsinə sərf olunur.
Mərasimdə Milli Məclisin deputatları, Azərbaycan ictimaiyyətinin nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında