Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyası üzrə nəzərdə tutulan tədbirlərə həsr olunmuş iclas keçirilmişdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyası üzrə görülmüş işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılması məqsədi ilə iclas keçirilmişdir.
İclasda mərkəzi icra hakimiyyəti orqanlarının yüksək vəzifəli nümayəndələri iştirak etmişlər.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, nazir Füzuli Ələkbərov ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əhalinin həssas qrupları olan fiziki qabiliyyəti məhdud insanların həyat şəraitinin tədricən yaxşılaşdığını bildirmiş, fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasının təmin olunması üçün hazırda görülən işlərin genişləndirilməsinin zəruri olduğunu demişdir.
Konvensiyanın icrasında hökumətin qarşısında yeni vəzifələrin durduğunu qeyd edən nazir, fiziki qüsurlu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün dövlət qayğısının vacib olduğunu vurğulamışdır.
BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasından irəli gələn öhdəliklərin icrasında BMT-nin Uşaq Fondunun rolu haqqında ətraflı məlumat vermişdir. Mark Hervord, həmçinin UNİCEF-in konvensiyanın təşviqi, tətbiqi, Azərbaycan üzrə hesabatın hazırlanması və monitorinqi ilə bağlı ölkəmizə dəstək olacağını bildirmişdir. İclasda konvensiyasının müddəalarının həyata keçirilməsi ilə bağlı rəy və təkliflər dinlənilmiş, nəzərdə tutulan yeni işlər müzakirə edilmişdir.
İclasda Azərbaycanın hesabatının hazırlanması üçün işçi qrupa daxil olan qurumların hər birinin daxili fəaliyyət planının hazırlanması və bu planların hökumətin ümumi fəaliyyət planına daxil edilməsi qərara alınmışdır.
Tədbirdə Azərbaycanla bağlı hesabatın hazırlanması məsələsi ilə əlaqədar ölkəyə dəvət olunmuş beynəlxalq ekspert Çantelle Mak Kabe iştirak etmişdir.
Görüşdə geniş fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında