Ludek Sefziq: Biz Azərbaycanın siyasi və iqtisadi cəhətdən sabit ölkə olmasını yüksək qiymətləndiririk

Biz Azərbaycanın siyasi və iqtisadi cəhətdən sabit ölkə olmasını yüksək qiymətləndiririk. İqtisadi baxımdan sürətlə inkişaf edən Azərbaycana qlobal maliyyə böhranı çox cüzi təsir göstərmişdir.
Bu sözləri ölkəmizdə səfərdə olan Çexiya Respublikası Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Ludek Sefziq jurnalistlərə müsahibəsində demişdir.
L.Sefziq səfər zamanı Azərbaycan-Çexiya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də parlamentlərarası əlaqələrin inkişaf perspektivləri ilə bağlı olduqca məhsuldar görüşlər keçirdiyini qeyd etmişdir. Bildirmişdir ki, Çexiya Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində qonşuluq siyasətinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.
Son illərdə Azərbaycan ilə Çexiya arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini deyən qonaq qarşılıqlı səfərlərin intensivləşdirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır.{nl}


Bakıda "Caspian Agro-2010" III beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi açılmışdır
Sentyabrın 29-da Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi açılmışdır.
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov, həmçinin Belarus, Gürcüstan, Kuba, İspaniya, Qətərdən rəsmi nümayəndələr açılış mərasimində iştirak etmişlər.
Nazir İsmət Abasov Azərbaycanda son illərdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə aparılan islahatlar nəticəsində əldə olunmuş uğurlardan danışmışdır. Bildirmişdir ki, sərginin məqsədi respublikada istehsal edilən kənd təsərrüfatı və emalı sənayesi məhsullarını, qabaqcıl aqrar elmin nailiyyətlərini və təcrübəsini, sürətli inkişafı nümayiş etdirmək, xarici şirkətlərin və sərmayədarların bu sahələrə cəlb olunmasıdır. Builki sərgidə yerli şirkətlər daha fəal iştirak edirlər. Bu isə onu göstərir ki, Azərbaycanın ixrac potensialı artmaqdadır.
Sonra iştirakçılar kənd təsərrüfatının müxtəlif sahələrini əks etdirən pavilyonlarla tanış olmuşlar.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgidə çoxsaylı Azərbaycan şirkətləri ilə yanaşı, Belarus, İspaniya və İrandan ümumilikdə 80-dən çox şirkət iştirak edir.
Sərgi oktyabrın 1-dək davam edəcəkdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında