İsrailin Hadera şəhərində Heydər Əliyev adına xiyaban salınacaqdır

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, İsraildə fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) müraciəti əsasında Hadera şəhər bələdiyyəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul etmişdir.
Qərara əsasən, Hadera şəhərinin mərkəzində yerləşən Ahad ha-am küçəsindəki xiyabanda ulu öndər Heydər Əliyevin xatirə lövhəsinin təməl daşı qoyulacaq və xiyaban ümummilli liderin adını daşıyacaqdır.
Qeyd edilmişdir ki, 3 min 800 kvadratmetr ərazini əhatə edən xiyabanda əsaslı yenidənqurma və abadlaşdırma işləri də aparılacaqdır. Bu işləri İsrail dövləti maliyyələşdirəcəkdir. Xiyabanın açılışında Azərbaycan nümayəndə heyəti iştirak edəcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Azİs-in təşkilatçılığı ilə Təl-Əvivdə "Ön Asiya: kütləvi informasiya vasitələri və regional münaqişələr" mövzusunda beynəlxalq konfrans da keçiriləcəkdir. Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərqdəki vəziyyət və digər münaqişələr müzakirə ediləcəkdir. Beynəlxalq tədbirdə, həmçinin Azərbaycan və İsrail KİV-ləri arasında əməkdaşlığın müasir durumu və inkişaf perspektivləri, iki ölkə münasibətlərinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasında rolu, respublikamızda dini və etnik tolerantlıq, Azərbaycan və yəhudi xalqları arasında dostluq, tərəfdaşlıq, digər mövzularda məruzələr səslənəcəkdir.
Mayın 4-dən 7-dək davam edəcək tədbirlərdə Azərbaycan incəsənət xadimlərinin çıxışları da nəzərdə tutulmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında