Azərbaycanın nümayəndə heyəti Kubaya səfər edəcəkdir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirmişlər ki, nazir Əli Abbasovun başçılığı altında nümayəndə heyətinin oktyabrın 8-9-da Kubanın paytaxtı Havanaya səfəri planlaşdırılır.
Nümayəndə heyətinə yerli informasiya texnologiyaları şirkətlərinin nümayəndələri də daxil olacaqdır. Kubanın informasiya və rabitə naziri Ramiro Valdes Menendesin dəvəti ilə keçirilən səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi, həmçinin iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.
Həmin günlər Havanada, həmçinin telekommunikasiya və informatika üzrə birinci Kuba-Azərbaycan biznes forumu keçiriləcək və ölkənin İnformatika Elmləri Universitetində Azərbaycan milli kompyuter istehsalçılarının hədiyyəsi kimi kompyuter auditoriyasının açılışı olacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında