Rusiya Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verir

Sentyabrın 29-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsi sədrinin müavini Yelena Leonenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, görüşdə dövlətlərimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini məmnunluqla qeyd edən baş prokuror Azərbaycan Respublikasında son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan köklü və əsaslı islahatların həyata keçirildiyini vurğulayaraq, məhkəmə-hüquq sisteminin, habelə prokurorluq orqanlarının müasirləşdirilməsinə yönəlmiş məqsədyönlü tədbirlər, eyni zamanda, ölkəmizin üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə qonaqlara ətraflı məlumat vermişdir.
Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin 2008-ci ildə Azərbaycana səfəri və həmin səfər çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində əldə edilmiş nailiyyətləri qonaqların diqqətinə çatdıran Zakir Qaralov həmin görüşün məntiqi nəticəsi kimi imzalanmış Əməkdaşlıq Proqramının hər iki ölkənin prokurorluqları üçün mühüm əhəmiyyət kəsb etdiyini, prokurorluq orqanları arasında səmərəli münasibətlərin, qarşılıqlı və hüquqi əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirmişdir.
Ölkəsinin Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsi sədrinin müavini Yelena Leonenko imzalanmış Əməkdaşlıq Proqramının iki ölkə prokurorluqları arasında hüquqi əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini bildirərək, müvafiq sahələr üzrə qarşılıqlı səmərəli əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında