Azərbaycanın fövqəladə hallar naziri İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Sentyabrın 29-da Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasındakı əlaqələrin hərtərəfli və dinamik inkişaf etdiyi vurğulanaraq bildirilmişdir ki, qarşılıqlı münasibətlərin genişlənməsi hər iki ölkə prezidentlərinin göstərdiyi diqqət və qayğının nəticəsidir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov qonaqlara nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında